QARABAĞ AZƏRBAYCANDIR!

Qanunsuz balıqçılıq gölləri daha çox kənd təsərrüfatı torpaqlarında yaradılır 143
2022-10-13 09:33 | 0 Rəy

Qanunsuz balıqçılıq gölləri daha çox kənd təsərrüfatı torpaqlarında yaradılır

Qanunsuz balıqçılıq gölləri çox ciddi narahatlıq doğurur. Təəssüf ki, həmin göllər daha çox kənd təsərrüfatı torpaqlarında yaradılır. Nəticədə kənd təsərrüfatı torpağı şoranlaşmaya məruz qalır. Bu isə həmin ərazilərin kənd təsərrüfatı üçün istifadə imkanlarını məhdudlaşdırır. Yekunda təbiətimiz zərər görmüş olur.

Gundemtv.az  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

O bildirib ki, hər hansı balıqçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət edə bilərlər.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş