Qadınların arxasınca fit çalan, onlara söz atan kişilər HƏBS OLUNACAQ
Qadınların arxasınca fit çalan, onlara söz atan kişilər həbs oluna bilər.
"Gündəmtv.az" xəbər verir ki, bu, Böyük Britaniyanın daxili işlər naziri Svella Bravermanın elan etdiyi qanuna edilən dəyişiklikdə nəzərdə tutulur. Qanuna görə, qadınlara fit çalan və ya seksual ifadələr səsləndirən kişilər, hətta bunun iltifat və ya zarafat olduğunu düşünsələr də, küçə təcavüzünə görə qanuni təqiblərlə üzləşəcəklər.
Nazir davranışlarının təcavüz olduğunu dərk etmədiklərini iddia edərək, cinayət törədən şəxslərin cinayət məsuliyyətindən yayına bilməmələrini təmin etmək üçün küçə təcavüzü ilə bağlı təklif olunan yeni qanunu sərtləşdirmək niyyətindədir.
Yeni qanun layihəsi bir insana cinsinə görə “qəsdən təqib, həyəcan və ya narahatlıq” yaratmağı cinayət hesab edəcək. Qanunu pozanları maksimum iki il həbs gözləyir.
Bununla belə, təşviqatçılar qanun pozuntusuna yol verənlərə məsuliyyətdən yayınmağa imkan verən təkliflərdə boşluq olduğunu deyirlər.
Braverman onların narahatlıqlarını qəbul edib. O, həmin şəxslərin davranışlarının təcavüzə bərabər olduğunu bilməli olduğu bir “sağlamlıq testi” tələb etməklə boşluğun bağlanacağını düşünür.
Bu o deməkdir ki, bir qadının arxasınca qışqıran, fit çalan və ya seksual ifadələr işlədən hər kəs artıq bunun kompliment və ya zarafat olduğunu iddia edə bilməyəcək. Polisə göstərişlər veriləcək ki, onlar qanunu icra edə bilsinlər.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş