QARABAĞ AZƏRBAYCANDIR!

Qadın sirkə turşusundan zəhərlənərək ÖLDÜ 1086
2022-10-13 09:33 | 0 Rəy

Qadın sirkə turşusundan zəhərlənərək ÖLDÜ

Sirkə turşusundan zəhərlənən Qobustan rayon sakini Bakıda xəstəxanada ölüb.

"Gündəmtv.az" xəbər verir ki, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb.

Belə ki, avqustun 22-də rayonun Xilmilli kənd sakini 1971-ci təvəllüdlü Orucova Sitarə İsmayıl qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, xəstə avqustun 30-da müalicə aldığı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş