QARABAĞ AZƏRBAYCANDIR!

"Putin sentyabrın 30-da yeni ərazilərin ilhaqını elan edəcək" - Britaniya kəşfiyyatı 280
2022-10-13 09:33 | 0 Rəy

"Putin sentyabrın 30-da yeni ərazilərin ilhaqını elan edəcək" - Britaniya kəşfiyyatı

“Vladimir Putin bu günlərdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini rəsmən elan edə bilər”.

"Gündəmtv.az" "Kommersant”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin dərc etdiyi kəşfiyyat hesabatında bildirilir.

“Putinin Ukraynanın işğal olunmuş rayonlarının Rusiya Federasiyasına birləşdirilməsini rəsmən elan etmək üçün real ehtimal var. Hazırda bu ərazilərdə keçirilən referendumlar sentyabrın 27-də başa çatmalıdır “, – kəşfiyyat hesabatında deyilir.

Qeyd edək ki, mətbuat Putinin sentyabrın 30-da Federal Məclisdə çıxış edəcəyini bildirib. Kreml bunu təsdiqləməyib.

“TASS”ın Dövlət Dumasındakı mənbəsi bildirib ki, sentyabrın 30-da Rusiyaya yeni ərazilərin birləşdirilməsi proseduru baş tuta bilər və Vladimir Putin mərasimdə iştirak edə bilər. Hər dörd regionda seçici fəallığı 50%-i keçib və rusiyayönlü hakimiyyət səsverməni etibarlı hesab edib.//KONKRET.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş