QARABAĞ AZƏRBAYCANDIR!

Putin Quterreşi ukraynalı əsirlərlə görüşməyə dəvət etdi 55
2022-10-13 09:33 | 0 Rəy

Putin Quterreşi ukraynalı əsirlərlə görüşməyə dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin BMT və BQXK-nı ukraynalı hərbi əsirlərin necə saxlandığını görməyə dəvət edib.

"Gündəmtv.az" xəbər verir ki, Putin BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə deyib:

“Əgər siz, hörmətli cənab Baş katib, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələrini, BMT nümayəndələrini onların necə və harada saxlandığını, yaralıların necə müalicə olunduğunu görmək istəyirsinizsə – buyurun biz belə bir fürsət yaratmağa hazırıq”, – Putin qeyd edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş