QARABAĞ AZƏRBAYCANDIR!

“Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq” - Kreml 77
2021-07-07 15:00 | 0 Rəy

“Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq” - Kreml

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutacaq danışıqlardan sonra hər hansı bir sənədin imzalanacağı gözlənilmir.

Gündəmtv.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Putinlə Paşinyan Qarabağdakı vəziyyəti, artıq regionda olan rus sülhməramlıların yerləşdirilməsi və iki ölkə arasındakı qarşılıqlı münasibətlər barədə müzakirələr aparacaqlar.

“Lakin hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, - deyə Peskov əlavə edib.

O, görüşün günün ikinci yarısı baş tutacağını diqqətə çatdırıb və qeyd edib ki, bu, Paşinyanın Ermənistanda keçirilən seçkilərdə qələbəsindən sonra xaricə etdiyi ilk səfərdir.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş