QARABAĞ AZƏRBAYCANDIR!

Putin dünyanı bölməyi təklif etdi: ABŞ razıdır? 73
2022-10-13 09:33 | 0 Rəy

Putin dünyanı bölməyi təklif etdi: ABŞ razıdır?

ABŞ Prezidenti Co Baydenin administrasiyasında Rusiyaya güzəştə getməyin tərəfdarı olan insanlar var.

"Gündəmtv.az" xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

Onun sözlərinə görə, Kremlin əsas məqsədi Qərb ölkələrini, ilk növbədə ABŞ-ı Ukrayna ərazisinə buraxmamaqdır:

“Putin dünyanı bölməyi təklif edir. ABŞ-dakı o şəxslər (Rusiyaya güzəştə getmək istəyənlər – red.) də deyirlər: gəlin belə edək, bura sizin, bura da bizim ərazimizdir”.

Zaqorodnyuk vurğulayıb ki, “qırmızı xətlər” daha da dərinləşsə, bu, Rusiyanın Ukrayna ilə bağlı yeni tələblər irəli sürməsinə gətirib çıxaracaq: “Rusiya Ukraynanı “İkinci Belarus”a çevirmək istəyir”./axar.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş