QARABAĞ AZƏRBAYCANDIR!

Prezidentdən Elmira Axundova ilə bağlı - Sərəncam 93
2023-05-25 15:24 | 0 Rəy

Prezidentdən Elmira Axundova ilə bağlı - Sərəncam

Azərbaycanın Ukraynadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Gündəmtv.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

E.Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiri olan E.Axundova iki gün öncə vəzifəsindən geri çağırılmışdı.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş