QARABAĞ AZƏRBAYCANDIR!

Prezident Administrasiyasında KADR DƏYİŞİKLİYİ - FOTOLAR 101
2022-10-13 09:33 | 0 Rəy

Prezident Administrasiyasında KADR DƏYİŞİKLİYİ - FOTOLAR

Prezident Administrasiyasında kadr dəyişikliyi baş verib.

"Gündəmtv.az" Konkret.az-a istinadən xəbər verir ki, Hüseyn Şərif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilati məsələləri şöbəsi müdirinin müavini vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2017-ci ilin mayın 31-də təyin edilmişdi.

Onun yerinə isə Gədəbəy Rayon İcra Hakimiyyyətinin sabiq başçısı İbrahim Mustafayev təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.

Yeri gəlmişkən, Hüseyn Şərif oğlu Mövsümov Aqiyə Naxçıvanlının həyat yoldaşıdır.

Qalareya

Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş