QARABAĞ AZƏRBAYCANDIR!

Polad Həşimovun qızı tələbə oldu 138
2022-10-13 09:33 | 0 Rəy

Polad Həşimovun qızı tələbə oldu

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qızı Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub. 

Generalın qızı Aybəniz Həşimova ATU-nun “Müalicə işi” fakültəsində təhsil alacaq.

Qeyd edək ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş