QARABAĞ AZƏRBAYCANDIR!

Polad Bülbüloğlu prezident seçkisində səs verdi 51
2024-02-07 09:45 | 0 Rəy

Polad Bülbüloğlu prezident seçkisində səs verdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezident seçkilərində səsvermədə iştirak edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, səfir qeyd edib ki, suveren respublikanın bütün tarixində ilk dəfə olaraq dövlət başçısının seçilməsi üçün səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə keçirilir:

“Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür. Suveren respublikanın bütün tarixində ilk dəfə olaraq prezident seçkilərində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə keçirilir. Moskva ilə Bakı arasındakı saat fərqini nəzərə alaraq, Bakıda səsvermə başlayıb. Xankəndi və Xocalıda, şəhərlərimizin bir çoxunda səsvermə gedir. Biz Moskvada 2 seçki məntəqəsi açmışıq, çünki Moskvada 2500-dən çox vətəndaşımız səsvermədə iştirak etmək və vətəndaşlıq borcunu yerinə yetirmək arzusunu ifadə edib. Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb”, - deyə o, fikrini yekunlaşdırıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş