QARABAĞ AZƏRBAYCANDIR!

Peyvənd vurdurmayanlar cəzalandırılacaq? - AÇIQLAMA 57
2021-06-24 00:18 | 0 Rəy

Peyvənd vurdurmayanlar cəzalandırılacaq? - AÇIQLAMA

Gündəmtv.az  bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bir sıra ölkələrdə vaksindən istifadə etməyən şəxslərə qarşı həbs etmək, işdən çıxarmaq kimi cəza tədbirlərinin görüləcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib. Amma həmsöhbətimizin fikrincə, belə şəxslərə münasibətdə bəzi məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq:

"Peyvənd vurdurmayanlara qarşı hər hansı bir cəza tədbirlərinin görülməsindən söhbət gedə bilməz. Çünki proses könüllüdür.  Proses icbari xarakter daşıyarsa və bu zaman vətəndaş ondan yayınarsa, bu halda qayda pozulması kimi cəza tətbiqi gündəmə gələ bilər.  Sadəcə olaraq, sosial diskriminasiya məsələsi var.  Yəni peyvənd vurdurmayan şəxslərə münasibətdə müəyyən məhdudlaşdırıcı tədbir və qaydalar görülə bilər. Yəqin ki, belələri müəyyən yerlərə buraxılmayacaq. Məsələn, peyvənd vurdurmayanların kütləviliyin olduğu qapalı yerlərə, idman zalları, toylara, yas mərasimlərinə girişi qadağan oluna bilər. Bunun özü də cəza tədbiridir”. 

Həkim situasiyanın daha da sadələşdirilməsini təklif edir: "Peyvənd vurulması hələ məsələnin həlli demək deyil. Peyvənddən başqa xəstəliyi keçirənlər var. Ən yaxşı variant antikor testidir. Bu testin normal olması əsas göstərici hesab olunmalıdır. Təəssüf ki, hazırda xeyli sayda şəxs peyvənd olunsa da, onların orqanizmində heç bir immunitet formalaşmayıb. Belə olan halda peyvənd pasportunun heç bir önəmi olmayacaq. Ona görə hesab edirəm ki, mövcud vəziyyətdə bəzi məsələlər dəqiqləşdirilməlidir”. 

A. Qeybulla düşünür ki, əslində xaricə gedəndə COVİD-19 testi vermək kifayətdir: "Bununla məsələ bitir.  Azərbaycanda vətəndaşların vurdurduğu Sputnik-v, və Çin istehsalı olan vaksin AB tərəfindən hələ ki, qəbul olunmayıb. Ona görə də pasportun xaricdə işləyib-işləməyəcəyini bilmirik”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş