QARABAĞ AZƏRBAYCANDIR!

Peyvənd olunanların sayı açıqlandı 57
2022-10-13 09:33 | 0 Rəy

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 994 vaksin vurulub.

Bu barədə Gündəmtv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 164 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 241-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 816 323 təşkil edir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş