QARABAĞ AZƏRBAYCANDIR!

“Peşə təhsili haqqında” qanunda dəyişiklik edildi 10
2022-05-24 15:59 | 0 Rəy

“Peşə təhsili haqqında” qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev “Peşə təhsili haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Gündəmtv.az-ın xəbərinə görə, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: “Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir”.

 

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş