“Pepsi” məşhur marketlər şəbəkəsini məhkəməyə verdi
“Mars Overseas Baku LTD” MMC (“Pepsi”) məşhur mağazalar şəbəkəsini məhkəməyə verib.
“Gündəmtv.az”ın məlumatına görə, şirkət “Bizim Market” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
İşə hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir müddət öncə “Grandmart”, “Bolmart” və “Megastore” supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarı alınan marketlər şəbəkəsinin bağlanacağı deyilmişdi.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş