QARABAĞ AZƏRBAYCANDIR!

Paşinyanın sərsəmləmələri, yoxsa sülh bəyanatından imtina... 56
2023-08-02 18:55 | 0 Rəy

Paşinyanın sərsəmləmələri, yoxsa sülh bəyanatından imtina...

Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il sülh bəynatından imtina etdiyini göstərən müsahibə verib.

“2020-ci il noyabrın 9-da imzalanmış sənəd hüquqi aspektinə görə sülh sazişi və ya sizin dediyiniz kimi sülh sazişi deyil”, - Paşinyan qeyd edib.

Paşinyanın “Euronews” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər verdiyi  sülh bəyanatları ilə daban-dabana ziddiyyət təşkil edir.  Onun müsahibəsini bir sözlə, növbəti sərsəmləmə və sülh prosesindən yayınma kimi dəyərləndirmək olar. Çünki  səsləndirdiyi fikirlər sülhə deyil, gərginliyin davam etməsinə xidmət edir. Sülhü inancı adlandıran Paşinyan müsahibədəki digər fikirləri ilə alt-üst edir. 

Keçək faktlara: Paşinyan müsahibəsində Azərbaycanı  hədəf seçərək “Sülh mənim inancım, yanaşmamdır”,  “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” deyən Paşinyan digər fikirlərində Azərbaycanın ərazi bütövlüyünə kölgə salan fikirlər səsləndirərək bir müstəqil dövlətin daxili işlərinə müdaxilə edir.  

10 noyabr 2020-ci il Üçtərəfli sülh bəyanatının müddəalarının Azərbaycan tərəfindən pozulduğunu qeyd edir.

Birincisi, beynəlxalq birlik, o cümlədən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu bəyan edirsə, o zaman İrəvanın Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur. Bu beynəlxalq hüquq və normalarına ziddir.

İkincisi, 10 noyabr bəyanatının tələbinə görə, rus hərbi kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdən qanunsuz erməni hərbi birləşmələri və terrorçu-quldur dəstələri tərksilah edilməli idi. Ancaq bu günədək bəyanatn həmin bəndi kobud surətdə pozulur və icra olunmur.

Üçüncüsü, Qarabağ Azərbaycandırsa, o zaman məntiqə və beynəlxalq qanunvericiliyə əsasən, Laçın yolu da Azərbaycan ərazisidir. Azərbaycanın da sərhədində buraxılış-nəzarət məntəqəsi yaratması da, təhlükəsizliyinin təmin edilməsi baxımdan qanunauyğundur. Əksinə, Ermənistanın bütün beynəlxalq hüquqa və konvensiyalara zidd olaraq hansısa ad altında yük göndərməyin özü  Azərbaycanın beynəlxalq hüquqla müəyyən edilən sərhədini kobudcasına pozmaq deməkdir. 

Dördüncüsü, Ermənistan Azərbaycanın Naxçıvanla arasında birbaşa quru əlaqəni bərpa etmək üçün dəhliz açmağı üzərinə bir öhdəlik götürüb, amma bu günədək bu istiqamətdə heç bir addım atılmayıb. Üçtərəfli bəyanatın həmin müdədəsi də icra olunmayıb.

Beşincisi, Azərbaycanda hər hansı erməni məhbus yox, ancaq erməni milliyətindən olan terrorçular və hərbi canilər olub və var. Onların da çox böyük qismi Azərbaycanın humanist addımları nəticəsində geri qaytarılıb. 
Digər məqam isə ondan ibarətdir ki, təsadüf və ya hansısa səbəbdən yolunu azıb, Azərbaycan tərəfinə keçənlər geri qaytarılıb. Əksinə, pis hava şəraiti nəticəsində yolunu azaraq Ermənistan ərazisinə keçən Azərbaycan əsgərlərinə qarşı amansızcasına işgəncə verilib və onlar ən ağır cəzaya məhkum edilib.  

Altıncısı, Paşinyan Ağdam-Xankəndi yolundan istifadəni tamamilə inkar edərək “Euronews”un əməkdaşının bununla bağlı sualına sərt reaksiya verib və bu ideyanı absurd hesab edib. 
İrəvanın istər 10 noyabr 2020-ci ilə Üçtərəfli bəyanatda, istərsə də ondan sonra sülh sazişinin imzalanması ilə bağlı danışıqlar prosesində üzərinə götürdüyü öhdəlikləri icra etməməsi ilə bağlı yetərincə faktları sadlamaq olar.

Bütün bunlar Ermənistanın sülh danışıqlarından manipulyasiya edib prosesi pozmaqla vaxt qazanmağa xidmət edir. Amma İrəvan unudur ki, nəticədə Bakının sərt sülhə məcburetmə taktikasından yayınmaq olmayacaq. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş