QARABAĞ AZƏRBAYCANDIR!

“Paşinyanın indi səfərə vaxtı yoxdur” - Putin 66
2023-10-13 20:19 | 0 Rəy

“Paşinyanın indi səfərə vaxtı yoxdur” - Putin

Rusiya Prezidenti Vladimir Putin vəziyyət normallaşdıqdan sonra Ermənistana səfər edəcəyini deyib.

“Gündəmtv.az” “TASS”a istinadən xəbər verir ki, bu haqda o, Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında danışıb.

Rusiya lideri qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiyaya səfər edə bilər, lakin onun indi səyahət etməyə vaxtı yoxdur:

“Biz onunla əlaqə saxlayırıq. Biz hər şeyi başa düşürük, hamımız böyüklərik. Biz orada nə baş verdiyini anlayırıq. Onun yəqin ki, indi səfərə vaxtı yoxdur. Amma biz onunla əlaqə saxlayırıq, işləyirik. Normal vəziyyət yaranarsa, mən onların yanına gedəcəm, onlar da gələcək, o da gələcək”, - Putin jurnalistlərə deyib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş