Paşinyandan çevirilişlə bağlı tapşırıq: Hakim komanda hərəkətə keçdi
Ermənistan baş naziri Nikol Paşinyan siyasi komandasının üzvlərinə Rusiya hakimiyyətinin Ermənistanda hazırladığı dövlət çevrilişi barədə beynəlxalq tərəfdaşlarına məlumat verməyi tapşırıb.
Gündəmtv.az xəbər verir ki, bu barədə yerli “Joxovurd” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, hakim partiyanın nazirləri və deputatları qərbli həmkarlarına Ermənistanda mümkün çevrilişin qarşısını almaq xahişi ilə məktub yazır və onlara zəng edirlər.
“Çünki Paşinyan getsə, rusiyayönlü qüvvələr hakimiyyətə gələcək”, - deyə bildirilib.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş