QARABAĞ AZƏRBAYCANDIR!

Paşinyandan Azərbaycanın təklifinə REAKSİYA 101
2023-09-14 11:55 | 0 Rəy

Paşinyandan Azərbaycanın təklifinə REAKSİYA

“Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycandan yeni təkliflər alıb. Biz işləyəcəyik və münasib vaxt ərzində şərhlərimizi təqdim edəcəyik. Regionumuzda sülhün alternativi yoxdur və ölkələrimizin və region ölkələrinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edən yeganə çıxış yoludur”.

Gündəmtv.az http://Gündəmtv.azxəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə demişdi ki, Bakı Ermənistanın “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında” saziş layihəsi ilə bağlı verdiyi son açıqlamalarla əlaqədar İrəvana cavab göndərib.

O qeyd edib ki, Ermənistan tərəfinin İrəvanın hələ də Bakıdan cavab almaması ilə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş