QARABAĞ AZƏRBAYCANDIR!

Paşinyan yenə separatçılara pul ayırdı 3
2021-11-25 16:04 | 0 Rəy

Paşinyan yenə separatçılara pul ayırdı

Ermənistan Qarabağdakı separatçılara 13.5 milyard dram (28 milyon dollar) dram məbləğində “dövlətlərarası” kredit verəcək.

Gundemtv.az xəbər verir ki, qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.

Ermənistan Maliyyə naziri Tiqran Xaçatryanın sözlərinə görə, vəsaitin 6,5 milyard dramı (təqribən 14 milyon dollar) maaşların, 1,2 milyard dramı (2.5 milyon dollar) təqaüdlərin, 349 milyon dramı (731 min dollar) isə müavinətlərin ödənilməsinə sərf ediləcək. Vəsaitin qalan hissəsi isə “yerli idarəetmə” orqanlarına və elektrik enerjisi, qaz və rabitə xərcləri, səhiyyə üçün nəzərdə tutulub.

İclasda cari ilin əvvəlindən bəri separatçı rejimə müxtəlif yollarla 120 milyard dramdan çox pul ayrıldığı da qeyd edilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş