QARABAĞ AZƏRBAYCANDIR!

Paşinyan: Rusiya, KTMT bölgədən çəkilir 171
2023-07-22 16:22 | 0 Rəy

Paşinyan: Rusiya, KTMT bölgədən çəkilir

“Dünyada heç bir təşkilat əbədi deyil və hər bir ölkə öz maraqları əsasında qərarlar qəbul edir. Biz tərəfdaşlarımızla KTMT-nin səmərəliliyi və öhdəliklərinin yerinə yetirilməsi baxımından hələ də mövcud olan problemləri şəffaf şəkildə müzakirə edirik. Amma ümumiyyətlə, yenə də paradiqma nöqteyi-nəzərindən mən bu barədə bir neçə dəfə açıq demişəm.

Əslində, məsələ Ermənistanın KTMT-dən çıxıb-çıxmamasından getmir. Əslində, məsələ KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir”.

 “Gündəmtv.az” xəbər verir ki, bunu Nikol Paşinyan “Frans press”ə müsahibəsində deyib.

“Mən bunu gizlətmirəm, düz deyirəm. Ermənistanda çoxlu ekspertlər, müstəqil ekspertlər var ki, mənə mütəmadi olaraq hesabatlar göndərirlər ki, bu proseslər KTMT-nin Ermənistanı tərk etdiyini göstərir”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, Rusiyanın regiondan çəkildiyini düşünən ekspertlər də az deyil.  

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş