QARABAĞ AZƏRBAYCANDIR!

Paşinyan: Qarabağ ermənilərinin problemi Bakı-Xankəndi dialoqu vasitəsi ilə həll edilməlidir 232
2023-07-22 12:20 | 0 Rəy

Paşinyan: Qarabağ ermənilərinin problemi Bakı-Xankəndi dialoqu vasitəsi ilə həll edilməlidir

Mən Azərbaycanla davamlı sülhə inanmasaydım, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməyin mənası olmazdı. 

“Gündəmtv.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, burada həm də beynəlxalq, geosiyasi və humanitar vəziyyət, hər an özünü göstərə biləcək müxtəlif insani amillər, siyasi və daxili siyasi vəziyyət var. 

“Bütün bunlar təbii prosesə təsir edir, lakin prosesə ən çox təsir edən danışıqların iştirakçıları - mən və Azərbaycan Prezidenti var”, - o qeyd edib.

Qarabağ ermənilərinin gələcək taleyi ilə bağlı sualı cavablandıran Paşinyan deyib ki, danışıqlar problemləri həll etməyin yeganə yoludur: “Məsələ danışıqlar yolu ilə həll olunmazsa, bu danışıqlar ictimaiyyət tərəfindən vaxt itkisi kimi qəbul edilə bilər”.

İrəvanın sülh prosesində şərtini açıqlayan Paşinyan  deyib ki, bu prosesdə onun qırmızı xətləri Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də  Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyidir.

“Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Qarabağ nümayəndələrinin iştirakı ilə aparılan dialoq və danışıqlar nəticəsində həll edilməlidir. Biz buna Bakı-Xankəndi dialoqu deyirik.  Ermənistanın vəziyyəti onunla çətinləşir ki, Azərbaycan Ermənistanın bu prosesdə marağını Azərbaycanın ərazi bütövlüyünə qəsd və ya cəhdi kimi qəbul edir və şərh edir”, - Paşinyan bildirib.

Ermənistanın Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün hansı mexanizmləri gördüyü ilə bağlı suala cavab verən Paşinyan deyib ki, o hər hansı bir fikrə fokuslanaraq növbəti söhbəti məhdudlaşdırmaq və ya bu söhbətdə Ermənistan üçün məhdudiyyətlər yaratmaq istəməzdi: “Bizim əsas vəzifəmiz real dialoqun olmasıdır, çünki məhz onun vasitəsilə biz inamsızlıq, nifrət, gərginliyə qalib gələ və bir-birimizi daha yaxşı başa düşə bilərik”, -  o bildirib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş