QARABAĞ AZƏRBAYCANDIR!

Paşinyan anti-artsax siyasəti aparır, kimdə sui-qəsd elemetləri görürsə… - Erməni nəşrindən ŞOK 44
2023-09-16 12:59 | 0 Rəy

Paşinyan anti-artsax siyasəti aparır, kimdə sui-qəsd elemetləri görürsə… - Erməni nəşrindən ŞOK

“Ermənistanın hakim partiyasının strukturlarında qeyri-sağlam atmosfer hökm sürür”.

Gündəmtv.az xəbər verir ki, bu barədə yerli “Past” qəzeti yazır və bildirir ki, son bir ay ərzində Ermənistan parlamentinin hakim fraksiyasının bir neçə regional və ərazi rəsmisinin tutduqları vəzifələrdən azad edildiyini yazır. 

Nəşrin fikrincə, buna səbəb baş nazir Paşinyanın “komanda yoldaşlarına güvənməməsi və hər kəsin hərəkətlərində sui-qəsd elementlərini görməsidir”.

“Onlar az vətənpərvərlik nümayiş etdiriblər və öz yaxın çevrələrində Paşinyanın anti-Artsax siyasətindən şikayət etməyə cürət ediblər. ... “Vətəndaş müqaviləsi” partiyasının strukturlarında kifayət qədər qeyri-sağlam ab-hava hökm sürür, liderlər artıq açıq şəkildə bir-birini qarşı çıxır”, - qəzet yazır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş