QARABAĞ AZƏRBAYCANDIR!

Ötən gün 49 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 90
2023-03-04 13:16 | 0 Rəy

Ötən gün 49 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının martın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 49,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gündəmtv.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22,2 kiloqramdan artıq heroin, 19,5 kiloqrama yaxın marixuana, 93 qram tiryək, 7,3 kiloqramdan çox metamfetamin, 13 ədəd çətənə kolu, həmçinin 2450 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş