“Orada da yaxşıdır, amma evdə daha əladır” – Putin ölkəni tərk edənlərdən danışdı
Putin İT mütəxəssislərinin başqa ölkələrə getməsinə münasibət bildirib.
Gündəmtv.az xarici mediaya istinadən xəbər verir ki, Kreml rəhbəri bu barədə “Rusiya liderləri” müsabiqəsinin dördüncü mövsümünün qalibləri ilə görüşündə danışıb. O, “bəzi mütəxəssislər Rusiyanı tərk edirlər və bunda təəccüblü heç nə yoxdur. Lakin çoxları sonda geri qayıdırlar” fikirləri ilə məsələyə nöqtə qoyub.
Putin əlavə edib ki, kimsə qorxur, yaxud şübhə edirdi ki, burada səmərəli işləmək mümkün olmayacaq. Amma işin uğuru bir çox komponentlərdən asılıdır. Bu amillər sırasında dövlətin dəstəyi və yaşayış şəraiti məsələsi mühüm rol oynayır:
“Biz heç kimə qarışmırıq. Çoxları getdi və geri qayıtdı. Çünki Moskvada, Sankt-Peterburqda, Saratovda və başqa şəhərlərdə yaşamaqla, xaricdə olmaq fərqli şeylərdir. Orada da yaxşıdır, amma evdə daha əladır”, – deyə Putin fikirlərini tamamlayıb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş