QARABAĞ AZƏRBAYCANDIR!

Ölüm halları artıb: virus geri dönür? - MÜHÜM AÇIQLAMA 72
2023-09-12 16:10 | 0 Rəy

Ölüm halları artıb: virus geri dönür? - MÜHÜM AÇIQLAMA

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 31-dən avqustun 27-dək qlobal miqyasda yoluxmaların sayının əvvəlki 28 günlə müqayisədə 38% artdığını açıqlayıb. Bildirilib ki, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində COVID-19 səbəbi ilə ölüm halları, Avropada isə bu virusla əlaqədar reanimasiya şöbələrinə yerləşdirmələr artır və bu kimi hallar göstərir ki, COVID-19 hələ bir müddət bizimlə olacaq.

Bundan əlavə, son həftələrdə korovirusa yoluxma hallarının ölkəmizdə də artdığı açıqlanıb.

Bu isə pandemiyanın geri qayıtması barədə müzakirələrə səbəb olub.

Görəsən, yenidən əvvəlki kimi kütləvi yoluxmaların artması gözləniləndirmi?
Koronavirusun qalıcı hal aldığını demək mümkündürmü?

Sözügedən suallar ətrafında Gündəmtv.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla pandemiyanın bitdiyini düşünür. Bununla belə, həkim deyir ki, ehtiyatlı olmaqda fayda var:


“SARS-CoV-2 virusunun yaratdığı COVID-19 pandemiyası sona çatıb. ÜST bunu rəsmən elan edib. Pandemiyanın sona çatması o anlama gəlir ki, yenidən pandemiya baş verə bilməz. Həm yoluxanlarda yaranan immunitet, həm də vaksinasiya nəticəsində infeksiya zənciri qırılıb. Amma omikron ştammının mutasiyası davam edir və yoluxmalar olur. Virus getdikcə zəifləyir, onun yoluxuculuq indeksi yüksəlir, lakin ağırlaşma törətmə qabiliyyəti, ölüm halları aşağı düşür. Bəli, yoluxma var və nəzərə alaq ki, bu hər halda SARS-CoV-2 virusudur və buna sadə baxmaq olmaz. Yoluxanların bəziləri də bunu ağır keçirirlər. Təbii ki, ölüm halları tək-tük olsa da, var. Hesab edirəm ki, bu epidemiya ya tam sıradan çıxacaq, ya da koronavirusun 4 növü kimi insanlarda adi soyuqdəymə xəstəlikləri törədəcək. Sonluq buna doğru gedir. Bu istiqamətdə də tədbirlər görülməlidir. Maska taxmaq, məsafə gözləmək, situasiyadan asılıdır. Bu, daha çox xəstələnən şəxslərə aiddir. Yaxşı olar ki, xəstələnən şəxslər yataq rejimində olsunlar”.

A.Qeybulla kollektivlərdə xəstələnmə hallarından qorunmaq üçün maska taxmağı tövsiyə edib:
“Kollektivlərdə xəstələnmənin qarşısını almaq üçün maska taxılmasına, xüsusilə payız vaxtı əməl olunmalıdır. Çünki bu, ən azı yolxumaların qarşısını almağa kömək edər. Mümkün qədər yoluxmadan qorunmaq lazımdır. Çünki virus orqanizmdə çox ciddi təlatümlərə gətirib çıxarır. Nəzərə alaq ki, pandemiyadan sonrakı dövrdə onkoloji, autoimmun xəstəliklərin xüsusi çəkisinin artması da, buna sübutdur. Düzdür, dünyada bunu isbatı ilə bağlı geniş tədqiqatlar gedir, amma hər halda məntiqi nəticə bundan ibarətdir”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş