Ölkəyə qaçaqmalçılıq yolu ilə tütün, dərman və civə gətirilməsinin qarşısı alınıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 7 fakt üzrə tütün məmulatlarının, dərman preparatlarının və kimyəvi maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF", 3 ədəd "Mercedec Benz" və 3 ədəd "Scania" markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş