QARABAĞ AZƏRBAYCANDIR!

Ölkəyə psixotrop maddənin keçirilməsinin qarşısını alındı 12
2022-06-03 15:08 | 0 Rəy

Ölkəyə psixotrop maddənin keçirilməsinin qarşısını alındı

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda “DAF” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.

"Gündəmtv.az" Komitəyə istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərindəki şalvarın sol cibində narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulan, divarlarında naməlum maddə izləri olan şəffaf şüşə kolba və idarə etdiyi avtomobilə məxsus qırmızı rəngli pultun daxilindəki mexanizmi çıxarılaraq, həmin boşluğa yerləşdirilmiş vəziyyətdə bir ədəd selofan bükümdə çəkisi 1,8 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş