QARABAĞ AZƏRBAYCANDIR!

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər 58
2022-10-13 09:33 | 0 Rəy

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

“Olimpiakos” “Qarabağ”la oyundan öncə yeni qapıçı transfer edə bilər.

"Gündəmtv.az" report-a istinadən xəbər verir ki, buna səbəb komandanın əsas qolkiperi Tomaş Vatsliklin zədələnməsidir. O, Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.

Təcrübəli qapıçı uzun müddət yaşıl meydanlardan kənarda qalarsa, Pirey təmsilçisi PAOK-un keçmiş çərçivə qoruyucusu Aleksandros Pasxalakisi heyətinə qatacaq.

Cənubi Koreya yığmasının heyətində zədələnən “Olimpiakos”un hücumçusu Hvan Uy Conun isə durumu ciddi deyil. Onun “Qarabağ”a qarşı matçda oynayacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş