QARABAĞ AZƏRBAYCANDIR!

Nərd turniri keçirilən məktəbin direktoru idarəyə çağırıldı - YENİLƏNİB 42
2023-05-19 16:19 | 0 Rəy

Nərd turniri keçirilən məktəbin direktoru idarəyə çağırıldı - YENİLƏNİB

Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş nərd turniri keçirilib.

"Gündəmtv.az" Ölkə.Az -a istinadən xəbər verir ki, sözügedən turnirdə çəkilmiş fotolar məktəbin sosial şəbəkə səhifələrində paylaşılıb.

Çoxsaylı tənqidlərə məruz qaldığı üçün sonradan paylaşım səhifədən silinib.

Sosial şəbəkə istifadəçiləri bu cür turnirin təşkil edilməsini kütləvi şəkildə qınayıblar. 

Məktəbin müəllimləri arasında keçirildiyi deyilən turnirə görə təhsil işçiləri də tənqid edilib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, sözügedən turnir barədə paylaşımdan sonra məktəbin direktoru Abşeron-Xızı Regional Təhsil İdarəsinə çağırılıb.

Abşeron - Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə nərd yarışlarının keçirilməsi barədə xəbərə münasibət bildirib.

İdarəsən Ölkə.Az-a verilən məlumata görə, görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib:

"Təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub və birmənalı qarşılanmayıb. 

Ümumi təhsil müəssisəsinin "Facebook" səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib" .

 

 

 

  •  

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş