"Neftçi"nin futbolçusu "Rapid"lə oyunda ZƏDƏLƏNDİ
“Neftçi”nin futbolçusu Azər Salahlı zədələnib.
"Gündəmtv.az" report-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Avstriyada “Rapid”ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.
Salahlının yerinə 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub.
Qeyd edək ki, görüşdə hesab açılmayıb. Bakıdakı ilk matçda “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş