Nazirlər Kabineti utilizasiya fonduna dair təklif hazırlayacaq
Nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq.
Gündəmtv.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş