QARABAĞ AZƏRBAYCANDIR!

Nazirdən bahalaşma ilə bağlı nikbin açıqlama: İlin sonunadək… 42
2023-11-06 14:08 | 0 Rəy

Nazirdən bahalaşma ilə bağlı nikbin açıqlama: İlin sonunadək…

“İnfilyasiya məsələsi hökuməti narahat edən məsələlərdəndir. Bununla bağlı onu deyə bilərəm ki, ilin sonunadək infilyasiya birrəqəmli olacaq”.

Gündəmtv.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü il büdcə layihəsinin müzakirəsində deputatların qaldırdığı təklifləri cavablandırarkən deyib.

Qurum rəhbəri onu da əlavə edib ki, nazirlik növbəti ildə infiyasiyanın 5,3 faizədək enəcəyini proqnozlaşdırır: “İnfilyasiya əsasən xarici bazar faktorlarından asılıdır. Artıq həmin bazarlarda da müsbət dəyişikliklər baş verməkdədir. Sabitləşmə baş verəcək. Dövlət də daxili bazarda bu təsirlərin yumşalması istiqamətində addımlar atacaq”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş