QARABAĞ AZƏRBAYCANDIR!

Nazir işini itirmiş müəllimlərdən danışdı 46
2023-09-11 12:15 | 0 Rəy

Nazir işini itirmiş müəllimlərdən danışdı

"Biz də anlayırıq ki, işini itirmiş müəllim də cəmiyyət üçün problemdir. Bəzi hallarda bu insanların kifayət qədər ağır və yaxud da xüsusi olaraq çətinlikləri var. Bunu anlamazlıqdan gəlmirik".

Gündəmtv.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. 

"Amma biz bir problemi digər problemlə həll etməyin tərəfdarı deyilik. Ona görə də problemləri ayrı-ayrı həll etməyin tərəfdarıyıq. İnanırıq ki, hazırda problemin bir hissəsini həll etmişik. Yəni haqqında müvafiq qərar verilmiş, sertifikasiyada uğur qazana bilməmiş müəllimlər növbəti tədris ilindən artıq sinif otaqlarında dərs deməyəcəklər", - deyə o əlavə edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş