QARABAĞ AZƏRBAYCANDIR!

Naxçıvana avtobusla getmək istəyənlərin nəzərinə 267
2022-10-13 09:33 | 0 Rəy

Naxçıvana avtobusla getmək istəyənlərin nəzərinə

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

Gündəmtv.az” xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək.

Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində dörd avtobus xidmət göstərəcək.

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş