QARABAĞ AZƏRBAYCANDIR!

Naxçıvan DYP-ə yeni rəis təyin olundu 7
2023-02-08 18:14 | 0 Rəy

Naxçıvan DYP-ə yeni rəis təyin olundu

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib. 

Gündəmtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mais Məmmədov işdən azad edilib. O, vəzifəsinin icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilib.

Naxçıvan MR-in daxili işlər naziri Süleyman Nemətovun əmri ilə M.Məmmədov Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş