Müsavat başqanının qızı Bəxtiyar Hacıyevi İFŞA ETDİ: "Onun mənə qarşı əsl niyyətini anlamamışdım"
Son günlər ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ətrafında gedən qalmaqal səngimək bilmir. Aclıq aksiyası keçirməklə diqqəti öz üzərinə yönəltmək istəyən Hacıyevin evli qadınlar və gənc qızlarla yayılan video və mesajları isə onun bu niyyətini alt-üst edir. Belə ki, əvvəllər onu dəstəkləyən insanların böyük əksəriyyəti indi fərqli mövqe sərgiləməyə və Bəxtiyar Hacıyevə dəstəkdən imtina etməyə başlayıblar. Doğrudur, bir insanın hətta günahı olsa belə türmə həyatı yaşaması, aclıq aksiyası keçirməsi xoşagələn hal olmasa da, Hacıyevin törətdiyi əməllər onun həbsinin yanında olduqca böyük görünür. Söhbət əlbəttə ki, milli-mənəvi dəyərlərimizin tapdalanmasından, qadın və qızların həyatının məhv edilməsindən, bir sözlə, cəmiyyətə mənfi nümunə sərgilənməsindən gedir. Özünü cəmiyyətə demokratiya və insan hüquq və azadlıqlarının carçısı kimi sırımağa çalışan Hacıyev əslində gənc qızların, qadınların, hətta azyaşlıların simpatiyasından istifadə edərək onları “tora” salıb. Dolayısı ilə onların hüquq və azadlıqlarını tapdalayıb. Belə bir şəxsin siyasi ambisiyalarla çıxış etməsi, cəmiyyətdəki neqativlikləri düzəltmək üçün mübarizə aparması kənardan çox absurd görünür. Ona görə də, son zamanlar hətta Bəxtiyar hacıyevin qatı dəstəkçiləri belə ondan üz çevirməyə və dəstəklərini geri götürməyə başlayıblar.
Gündəmtv.az xəbər verir ki, bu dəfə Müsavat başqanı Arif Hacılının qızı Natavan Hacıyeva Bəxtiyar Hacıyevi ifşa edib və onun əsl simasını üzə çıxarıb. O, Harvard məzununun gənc qızı necə tora salmaq istədiyini izah edib: “Bəxtiyar Hacıyevlə yazışmalarımız 2010-cu ildə başlayıb. Onun ən hörmətli vaxtları idi, “Harvard”ı yeni bitirib Azərbaycana gəlmişdi və deputatlığa namizəd olmuşdu. O vaxt yaşımın azlığı, uşaqlığımın vermiş olduğu təcrübəsizliklə onun mənə qarşı əsl niyyətini anlamamışdım. Get-gedə mən onun niyyətini başa düşdüm və münasibətlərimizi dayandırdım. Buna görə hətta aramız dəydi. Sonralar həmişə soyuq münasibətimiz olub”.
Natavan xanım Bəxtiyar Hacıyevin pedofil olması ilə bağlı səslənən fikirlərə belə münasibət bildirib: “2012-ci ildə Ramin Hacılı onu ifşa etmişdi. Mən haqlı olaraq Ramin bəyin tərəfini tutmuşdum və buna görə Bəxtiyar mənə əsəbləşmişdi. Ondan sonra əlaqəni tam kəsdim”, – deyə Müsavat başqanının qızı fikirlərini tamamlayıb..
Məlumat üçün bildirək ki, Natavan xanımın hazırda 25 yaşı var.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş