QARABAĞ AZƏRBAYCANDIR!

Müharibə döründə jurnalistlərin təhülkəsizliyi necə təmin edilməlidir? – AÇIQLAMA 83
2022-10-13 09:33 | 0 Rəy

Müharibə döründə jurnalistlərin təhülkəsizliyi necə təmin edilməlidir? – AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsində daha bir əcnəbi jurnalist yaralanıb. Belə ki, Britaniya müxbiri hər iki ayağından qəlpə yarası alıb. Bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat yayıb. Məlumatda bildirilib ki, britaniyalı jurnalistin hər iki ayağı sınıb. Qeyd edilib ki, o, hazırda ukraynalı həkimlərin nəzarəti altında reanimasiyadadır.

Bəs görəsən, müharibə dövründə jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülməlidir? Müharibə edən tərəflər media nümayəndələrini necə qorumalıdır?

"Gündəmtv.az" xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-ın suallarını media eksperti, professor Qulu Məhərrəmli cavablandırıb.

Ekspert bildirib ki, jurnalist peşəsi dünyanın ən təhülkəli peşələrindən biridir. Hər il müxtəlif ekstremal və müharibə şəraitində hadisə yerindən informasiya almağa çalışan, reportajlar hazırlayan jurnalistlər çox ciddi təhlükələrlə üzləşir. Xüsusilə, müharibə dövründə jurnalistlərin həyatını itirmə təhlükəsi daha çox olur. Bu günə kimi müharibə zonalarında xeyli jurnalist həlak olub. Bəs onları necə qorumaq olar? Əlbəttə, müharibə aparmağın da qaydaları var. Cenevrə konvensiyası təsdiq edilib və bütün dünyada qəbul edilən normalardır. Bu qaydalara əməl etmək lazımdır”.

Ekspert əlavə edib ki, müharibə anından reportaj hazırlayan jurnalist üçün təhlükəsizlik qarantiyası vermək mümkün deyil:

“Bu gün Rusiya hərbçilərinin Kiyev şəhərini ballistik raketlə atəşə tutduğu bir vaxtda jurnalist şəhərin ortasında reportaj hazırlayırsa, heç kim ona təhlükəsizlik qarantiyası verə bilməz. Ona görə də, jurnalistlər özləri də bəzi təhülkəsizlik qaydalarına əməl etməlidir. Müharibə şəraitində nə etmək lazım olduğunu onlar özləri bilməlidir. Lakin geniş mənada heç kim, heç bir təşkilat jurnalistin müharibə dövründə sağ qalması üçün təminat verə bilmir. Təəssüf ki, müharibə dövründə jurnalistlərin ölümü adi hala çevrilib. Jurnalist peşəsini seçən insanlar, xüsusilə, döyüş bölgələrinə gedən jurnalistlər, teleşirkətlər, media qurumları bunu nəzərə almalıdır. Jurnalistlər üçün sığorta və təhlükəsizlik tədbirləri mütləq görülməlidir. Bütün bunlarla yanaşı döyüş zonasında jurnalistin sağ qalması çətin məsələdir”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş