QARABAĞ AZƏRBAYCANDIR!

Mövcud vaksinlər bütün ştammlara qarşı effektivdir - İnfeksionist 96
2022-10-13 09:33 | 0 Rəy

Mövcud vaksinlər bütün ştammlara qarşı effektivdir - İnfeksionist

Hazırda istifadə olunan vaksinlər COVID-19-un bütün ştammlarına qarşı bu və ya digər dərəcədə qoruyucudur.

"Gündəmtv.az" xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı da bu yöndə açıqlama yayıb.

“Vaksinlər yoluxmadan 100 faiz qorumur, lakin ağır xəstəlik və ölüm hallarından yüksək faizdə qoruyur. “Omikron”a qarşı da müdafiə üçün immun sistemimizi oyaq tutmalı, qüvvətləndirici dozanı qəbul etməliyik” – mütəxəssis bildirib./Trend

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş