QARABAĞ AZƏRBAYCANDIR!

Mourinyo təhqirə görə cəzalandırıldı 27
2022-10-13 09:33 | 0 Rəy

Mourinyo təhqirə görə cəzalandırıldı

İtaliya Futbol Federasiyası “Roma”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

"Gündəmtv.az" “Corriere dello Sport”a istinadən xəbər verir ki, A seriyasının 7-ci turunda “Atalanta” ilə oyunda qırmızı vərəqə alan portuqaliyalı mütəxəssis 1 oyun komandasının texniki zonasında yer almayacaq.

Mourinyo görüş zamanı meydana daxil olaraq rəqibin adı açıqlanmayan futbolçusunu təhqir etdiyinə görə diskvalifikasiya olunub.

Qeyd edək ki, Mourinyo sözügedən oyundan sonra matçın hakimlərini də tənqid edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş