QARABAĞ AZƏRBAYCANDIR!

“Moderna” şirkəti vaksinə görə “Pfizer” və “BioNTech”i məhkəməyə verdi 49
2022-10-13 09:33 | 0 Rəy

“Moderna” şirkəti vaksinə görə “Pfizer” və “BioNTech”i məhkəməyə verdi

ABŞ-ın “Moderna” şirkəti “Pfizer” (ABŞ) və “BioNTech” (Almaniya) şirkətlərinə qarşı iddia qaldırıb.

"Gündəmtv.az"ın “Le Matin” saytına istinadla xəbərinə görə, “Moderna” qarşı tərəfləri onun patentlərindən isrtifadədə ittiham edir. “Moderna”nın hüquqşünasları iddia edirlər ki, “Pfizer/BioNTech” koronavirus əleyhinə vaksin hazırlayarkən onların 2010 və2016-cı ildə əldə etdikləri patentdən istifadə edib. Bununla belə, “Moderna”nın istehsal texnologiyasına heç kim müdaxilə edə bilməyib.

Şirkət məhkəməyə 2 yerdə – ABŞ-ın Massaçusest ştatında və Almaniyanın Düsseldorf şəhərində müraciət edib. Qarşı tərəflər iddia ərizəsi ilə bağlı açıqlama verməyib.

Hüquqşünaslar bu tip məhkəmə çəkişmələrinin illərlə davam edəcəyi qənaətindədirlər.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş