QARABAĞ AZƏRBAYCANDIR!

Mixeil Saakaşvili əməliyyata ehtiyacı olduğunu bildirdi 52
2022-05-24 19:45 | 0 Rəy

Mixeil Saakaşvili əməliyyata ehtiyacı olduğunu bildirdi

“Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.

"Gündəmtv.az" xəbər verir ki, bunu Tbilisidə özəl klinikada müalicə olunan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili yazdığı məktubunda bildirib.

Yeriməkdə çətinlik çəkdiyini qeyd edən siyasətçi əsasən yataqda olduğunu bildirib: “Səhhətim haqqında bir çox şayiələr olduğundan özümü necə hiss etməyim barədə məlumat açıqlamağa qərar verdim. MRT müayinəsi onurğamda travmanın olduğunu təsdiqləyib, çox güman ki, bu, güc tətbiq edilməklə Qldani həbsxanasına aparılarkən aldığım zədədir. Bu travma, başa düşdüyüm kimi, cərrahi müdaxilə tələb edir. Onurğamda şiddətli ağrılar var, gündə bir neçə dəfə ağrıkəsici verilir. Məndə güclü titrəmə və başgicəllənmə var”.

M.Saakaşvili müayinə zamanı beynində bəzi dəyişikliklərin aşkarlandığını da vurğulayıb.

Qeyd edək ki, M.Saakaşvili mayın 12-də saxlanıldığı Rustavi şəhərindəki 12 saylı həbsxanadan Tbilisidəki “Vivamedi” klinikasına köçürülüb.//Report

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş