QARABAĞ AZƏRBAYCANDIR!

Milli Məclis Prezidentə təbrik məktubu ünvanlayıb - YENİLƏNİB 92
2023-12-22 11:19 | 0 Rəy

Milli Məclis Prezidentə təbrik məktubu ünvanlayıb - YENİLƏNİB

 

“İki gündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Bu gün Azərbaycan cənab Prezidentin liderliyi  altında uğurlara, qələbələrə və zəfərlərə imza atıb. Məhz onun liderliyi altında son 30 ildə işğal altında olan torpaqlarımız işğaldan azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub”. 

Gündəmtv.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Spiker deyib ki, cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünyada sayılıb seçilən ölkələrdə birinə çevrilib: “Azərbaycan əldə etdiyi qələbə və zəfərlərlə adını qızıl hərflərlə tarixə yazıb.  Dünən Müzəffər Ali Baş Komandanın liderliyi altında döyüş meydanında  qəhrəmanlıq nümayiş etdirən hünəri bu gün  azad olunmuş ərazilərimizdəki tikinti meydanında nümayiş etdirir. Məqsəd öz yurdlarından didərgin düşən vətəndaşlarımızın tez bir zamanda öz ata yurdlarına qayıtmasını təmin etməkdir”.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında Prezident İlham Əliyevin doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Gündəmtv.az xəbər verir ki,  Milli Məclis spikeri Sahibə Qafarova  çıxışında Prezidentin doğum günü münasibətilə təbrik məktubunun ünvanlamasını təklif edib.

Spiker qeyd edib ki,  cənab Prezident İlham Əliyevə Azərbaycanı yeni inkişaflar naminə  yürütdüyü siyasətdə yeni-yeni uğurlar arzulayırlar.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş