QARABAĞ AZƏRBAYCANDIR!

Millət vəkili seçicilərlə görüşüb və onların problemləri ilə maraqlanıb - FOTOLAR 528
2021-10-09 14:02 | 0 Rəy

Millət vəkili seçicilərlə görüşüb və onların problemləri ilə maraqlanıb - FOTOLAR

Milli Məclisin deputatı Elman Nəsirov 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan İnilli, Məmmədcanlı, Novruzallı və Bayxanlı kəndlərində seçiləri ilə görüşüb. Görüş çərçivəsində İnilli və Məmmədcanlı kəndlərinə mavi yanacağın çəkilişi ilə bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Kənd sakinləri onların sosial problemlərinin həlli, xüsusilə də mavi yanacağa olan tələbatın ödənilməsi istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini ifadə ediblər. 

"Gündəmtv.az" xəbər verir ki, millət vəkili Elman Nəsirov həmçinin  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuş Cəlilabad rayonu Dələli kəndindən şəhid Rahid Cəfərovun və Uzuntəpə kəndindən şəhid Rəşad Quliyevin şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak edib.  Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən  şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub, onların döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib. 

Deputat Elman Nəsirov oktyabrın 5-də Cəlilabad rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Məşədilər kənd sakini Təyyar Səfərovu, Üçtəpə kənd sakinləri Laçın Əhmədovu və Arif Əhmədovu, Ləkin kənd sakini Həsrət Quliyevi, Məlikqasımlı kənd sakinləri Məcid Mehtiyevi və Faiq İskəndərovu, Təklə kənd sakinləri Davaxan Mahmudovu, Oqtay Babayevi və Famil İsmayılovu, Ocaqlı kənd sakini İlqar Həsənovu, Alar kənd sakinləri Famil Səlimovu, Rauf Bayramovu və Ədalət Məmmədovu, Mikayıllı kənd sakinləri Nurəddin Əliyevi, Fəxrəli Abdullayevi və Gülməmməd Ağaşovu, Abazallı  kənd sakini Sidqiəli Yadullayevi, Uzuntəpə kənd sakini Marif Bayramovu, Əliqasımlı  kənd sakini Nurəddin Abıyevi, Cəlilabad rayon sakini İlqar İsmayılovu, Babalı kənd sakini  Namiq Ağayevi qəbul edib. Görüş zamanı vətəndaşlar, onları narahat edən məşğulluq, şəhid adının əbədiləşdirilməsi, elektrik xəttlərinin yenisi ilə əvəz olunması, fermerlərə subsidiyanın verilməsi, qaz çəkilişi və avtomobil yollarının təmiri ilə bağlı məsələləri dilə gətiriblər. Bəzi məsələlər yerindəcə öz həllini tapıb. Həllini tapmayan məsələlərlə bağlı deputat Elman Nəsirov onların həlli istiqamətdə addımlar atacağına söz verib.

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş