Məşhur aparıcı canlı yayımda ÖLDÜ
Böyük Britaniyalı radio aparıcısı Tim Qof canlı yayımda ölüb.
Gündəmtv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Gen X Radio” radiostansiyası məlumat verib.
Səhər verilişinin 55 yaşlı aparıcısının ölüm səbəbinin infarkt olduğu deyilir.
Qeyd edək ki, Tim Qofun ölümü studiyada deyil, onun evində baş verib. Çünki o, verilişi evdən idarə edirdi.
Xatırladaq ki, Tim Qof 1980-ci ildən radioda çalışıb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş