QARABAĞ AZƏRBAYCANDIR!

Mənim vətənim Qarabağ yox, Ermənistandır - Simonyan 56
2023-11-29 11:27 | 0 Rəy

Mənim vətənim Qarabağ yox, Ermənistandır - Simonyan

“Qarabağ məsələsi  qapanıb, Ermənistan  Qarabağda daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır. Biz bu barədə son bir ildə bunu 8 dəfə danışmışıq. Bu gün Ermənistanın gündəliyində Qarabağ məsələsi yoxdur, əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”.

Gündəmtv.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan Qarabağı deyil, Ermənistanı öz vətəni hesab etdiyini bir daha bəyan edib. 

“Mən Ağdamı deyil, Ermənistan dağlarını öz vətənim hesab edirəm. Çünki mənim dədə-babam burada doğulub, bura da mənim vətənimdir. Amma o qədər təriflədik, eyni məntiqlə getdik, eyni yerə məktub yazdıq, zəng etdik, nəticədə bu vəziyyətə gəlib düşdük. Bəlkə indi başqa cür hərəkət edək?
Qarabağın təslim edilməsinə gəldikdə isə deyə bilərəm ki, bu məsələ 2018-ci ildə yox, 2016-cı ildə həll olunub”, - spiker qeyd edib.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş