QARABAĞ AZƏRBAYCANDIR!

Məktəblərdə təhsil işçilərinin yenidən səyyar vaksinasiyası başlayıb 20
2021-09-14 13:34 | 0 Rəy

Məktəblərdə təhsil işçilərinin yenidən səyyar vaksinasiyası başlayıb

Ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün yenidən səyyar vaksinasiyaya başlanılıb.

Gumdemtv.az xəbər verir ki, Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə olaraq Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirir.

Tədbirdə iştirak edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir. Bəzi hallarda peyvənd məntəqələrində sıxlıq müşahidə edilir. Bununla bağlı Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaratmışıq".

O xatırladıb ki, təhsil işçilərinin təxminən 82-83 faizdən çoxu peyvənd olunub: "Bu həftələrdə proses daha da sürətli gedir. Ümid edirəm ki, növbəti həftələrdə vaksinasiya olunan təhsil işçilərinin sayı daha da artacaq".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş