Media Reyestri “Elektron hökumət” portalına qoşulacaq
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına dəyişiklik edilib.
Gündəmtv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, “Media Reyestri” informasiya ehtiyatı “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına daxil edilib.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş