QARABAĞ AZƏRBAYCANDIR!

MEDİA: "Fotomüxbirlər reyestrdə qeydiyyatdan keçə biləcək, fotoqraflar yox" 40
2022-10-14 17:53 | 0 Rəy

MEDİA: "Fotomüxbirlər reyestrdə qeydiyyatdan keçə biləcək, fotoqraflar yox"

“Jurnalistə vəsiqənin verilib-verilməməsinin onun tanınmış imza olub-olmaması ilə əlaqəsi yoxdur”.

Gündəmtv.az xəbər verir ki, bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunduğu üçün onlar da reyestrdə qeydiyyatdan keçə bilərlər:

“Amma fotoqraflar jurnalist anlayışı ilə əhatə olunmadığı üçün reyestrə düşə bilməyəcəklər”.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə müxtəlif media subyektləri ilə qonorar əsasında “Freelance” çalışan jurnalistlərin vəsiqə almağına aydınlıq gətirib:

“Media haqqında qanunda jurnalist anlayışı tamamilə əhatəli şəkildə qeyd olunub. Həm əmək müqaviləsi, həm də mülki müqavilə ilə çalışan şəxslər jurnalist hesab olunur. Qonorar əsasında fəaliyyət göstərən jurnalistlər özləri məlumat istehsal edən, hazırlayan və onun yayımlanması üçün media subyektinə müqavilə əsasında təqdim edən şəxsdir”.

O həmçinin əlavə edib ki, ştatlı və ştatdankənar müxbir anlayışı artıq qüvvədən düşmüş KİV haqqında qanunda öz əksini tapmışdı:

“Ştatlı və ştatdankənar müxbir dedikdə əmək müqaviləsi ilə işləyən jurnalistlər nəzərdə tutulur. Yəni ştatdankənar demək mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərmək demək deyil. Əmək müqaviləsi bağlananda iki formada rəsmiləşdirilə bilər”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş