QARABAĞ AZƏRBAYCANDIR!

Maşınlar havada uçar: avtobus, velosiped zolağı… – Bakıdakı yenilik tənqid olundu 122
2023-12-20 10:58 | 0 Rəy

Maşınlar havada uçar: avtobus, velosiped zolağı… – Bakıdakı yenilik tənqid olundu

Xəbər verdiyimiz kimi, artıq ötən gündən etibarən paytaxtın bir sıra ərazilərində velosiped zolaqlarının yaradılmasına başlanılıb.

Gündəmtv.az xəbər verir ki, bu addımı təqdirəlayiq hesab edənlər, müsbət qiymətləndirənlərlə yanaşı, tıxacların artacağını deyərək tənqid edənlər də olub.

Sosial şəbəkə istifadəçilərinin velosiped yolu ilə bağlı fikir və təkliflərinin bir qismini təqdim edirik:

“Yolun bir hissəsi avtobus zolağı, bir hissəsi velosiped zolağı, maşınlar da hava ilə uçar. Tramvay xətti çəkmək, metroları genişləndirmək əvəzinə gör nə işlə məşğuldurlar”, - deyə status yazan tanınmış vəkil Cavad Cavadovun postunda oxşar məzmunda rəylər yer alıb. 

Emin Amanbəyli: “Bəzi yerlər sökülüb yerində metro açılmalıdır. Bizdə metro stansiyaları arasında məsafə çoxdur. Şəhərin mərkəzində 2-3 yeni stansiya tikmək mümkündür”.

Elnur Məhərrəmov: “İnsanlar ona görə ictimai nəqliyyatdan istifadə etmirlər ki, bərbad vəziyyətdədir, intervallar normal deyil, avtobuslar gecikir. Ağzına qədər dolu avtobuslar gəlir, metro basabasdır, hər yerə ictimai nəqliyyat yoxdur, saat 23:00-dan sonra demək olar ki, fəaliyyət göstərmirlər”.

Şahin Cəfərli: “Sırf qonaqlar "Bakı nə gözəl, müasir şəhərdir" desinlər deyə edilib.

Yusif Əfəndizadə: “Çox gözəl təşəbbüsdür. Şəhər mərkəzi küçələrində şəxsi avtomobillərin hərəkəti minimuma endirilməlidir. İctimai nəqliyyat da paralelində inkişaf etdirilməlidir”.

Nərminə Huseynli: “Velosipedi bulvarda sürsünlər, onsuz da tıxacların əlindən avtomobil sürmək olmur”.

Emin Muxtarlı: “Göydə uçan maşınlar dövrünə gedirik”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş